Yüklənir...

Biz kimik

PROYEKT.AZ studiyası 2010-cu ildə yaradılmışdır. İşçi heyətimiz qrafik dizayn, veb dizayn və proqramlaşdırma, İT sahəsində işləyən mütəxəssis, informatika müəllimləri, proqramçı, nəşriyyat işçiləri və s. üzrə ixtisaslaşmışdır. PROYEKT.AZ studiyası yuxarıda sadaladığımız peşəkarları bir araya toplayaraq fərdi şəxslər və korporativ müştərilər üçün xidmətlər göstərir. Göstərdiyimiz sahələr üzrə xidmətlər yüksək keyfiyyət və diqqətlə yerinə yetirilir. Qiymətlərimiz keyfiyyətimizə uyğundur. Əməkdaşlıq etdiyimiz fərdi şəxslər və korporativ müştərilərin məmnuniyyəti bizim üçün ön planda durur. Xidmətlərdən asılı olaraq əməkdaşlığımızı müştərilərlə davam etdirir və müxtəlif öhdəlikləri öz üzərimizə götürürük.

PROQRAM TƏMİNATI

Proqramçılarımız tərəfindən yeni proqram təminatları, hesablama sistemləri, müəssisələrin idarə edilməsi üçün proqram təminatları hazırlanır.

VEB DİZAYN

Korporativ, fərdi veb səhifələrin (müxtəlif peşə sahiblərinin, tədris saytlarının, elektron marketlərin və s.) və flash bannerlərin hazırlanması peşəkar veb dizayner və proqramçılarımız tərəfindən yerinə yetirilir.

VİDEO ÇARX VƏ TƏQDİMAT

Vizual informasiya nümunələrinin yaradılması üzrə öz işinin peşəkarları olan işçi heyətimiz tərəfindən video çarxlar və professional təqdimatlar hazırlanır.

QRAFİK DİZAYN

Loqotip, vizitka, poster, flayer, buklet, kataloq, təqvim, kitab üz qabığları, jurnal, qəzetlər və s. çap məhsullarının qrafik dizaynı istədiyiniz formatda işçi heyətimiz tərəfindən hazırlanır.