Dizaynerlər Üçün 5 Pulsuz Foto Saytı

Siz dizaynerliklə məşğulsunuzsa, mütləq stok fotolara ehtiyac duyursunuz. Təəssüf ki, bizdə bu sahə inkişaf etmədiyi üçün, xarici saytlara üz tutmalı oluruq. Əgər hər hansı bir agentlikdə çalışırsınızsa, mütləq ödənişli stok platformalarından istifadə edin. Belə olduğu təqdirdə siz çoxçeşildi şəkil, rəsm, vektorlara çata bilərsiniz. Həmçinin müəlliflik hüquqlarına hörmət etməyiniz də sizin peşəkarlığınızdan xəbər verir. Yəqin ki, sizin əziyyətlə düzəltdiyiniz hər hansı bir dizaynı kiminsə, icazəsiz götürüb işlətməyini istəməzsiniz.

Dizaynerliyə yeni başlayan, bu sahədən pul qazanmayan dizaynerlər isə daha çox pulsuz platformalara üz tuturlar. Bu yazımızda sizə istədiyiniz şəkli Ödənişsiz formada tapa biləcəyiniz 5 platformadan bəhs edəcəyik.

 

Freepik.com – Bu platformada siz həm ödənişli, həm də pulsuz fotoları yükləyə bilərsiniz. Buradakı fotolar istər Corel Draw, istərsə də Adobe Illustrator versiyasında mövcud olur

Dizaynerliyə yeni başlayanlar üçün foto stok
Freepik – Pulsuz şəkil saytı

 

Pixabay.com – Bu platformanı həm də türkcə işlədə bilərsiniz. Burada 1.7 milyona yaxın şəkil bazası mövcuddur.

Dizaynerlərə yeni başlayanlar üçün pulsuz foto stok
Pixabay – Pulsuz şəkil platforması

 

Flickr.com – Bu platformada şəkil yükləmək üçün mütləq qeydiyyatdan keçməlisiniz. Ancaq buradakı fotolardan istifadə edərkən mütləq müəllif hüquqlarını qeyd etməlisiniz.

Dizaynerliyə yeni başlayanlar üçün ödənişsiz foto stoku
Flickr – Pulsuz şəkil platforması

Picjumbo.com – Bu platformada şəkil axtarışınızı rahat bir formada etməyinizə yarayacaq. Sizə lazım olan şəkilləri tapa biləcəyiniz ən uyğun təqlərə sahibdir.

Dizaynerliyə yeni başlayanlar üçün ödənişsiz foto stoku
Picjumbo – Pulsuz şəkil platforması

 

Thestocks.im – 15-ə yaxın pulsuz foto platformasını özündə birləşdirir. Buradan istədiyiniz saytı seçərək təqdim edilən fotoları endirə bilərsiniz.

Dizaynerliyə yeni başlayanlar üçün ödənişsiz foto stoku
Thestocks – Pulsuz şəkil platforması