Qrafik dizayner olmaq istəyənlər üçün – 5 Məsləhət

Qrafik dizayner xəyalındakı proyektləri rəqəmsal və çap məhsulları üzərində canlandırır. Dizaynın bu növü daha çox reklam, tanıtım məqsədi ilə hazırlanan məhsulların tərtibatını özündə ehtiva edir. Ancaq qrafik dizayn təkcə biznes sahəsi üzrə deyil, həmçinin incəsənət üzrə də inkişaf xəttinə sahibdir.

Bu dizayn növü aşağıdakı istiqamətlərə bölünür:

Veb saytların dizaynı

Sosial media postlarının hazırlanması

Loqo dizaynı

Karikatura, qrafik tərtibatlar

İllustrasiya

İnfoqrafika

Kataloq/dərgi/ kitab üz qapıqları/ afişa/billboard

Vizitka

Qutu dizaynları və s.

 

Qrafik tərtibatlarınızda istifadə etməli olduğunuz əsas proqramlar:

Corel Draw

Adobe İllustrator

3dsMax

Adobe InDesign

Adobe Photoshop

 

Əgər bu sahəyə maraq göstərirsinizsə, bu biliklərlə yanaşı aşağıdakı xüsusiyyətlərə də sahib olmalısınız:

  1. Kreativ ideyalar fikirləşin. Behance və Pinterest və Saytımızdan bu tip nümunələrə tanış olaraq öz xəyal gücünüzü alovlandırın. Ancaq bunu edərkən diqqət edin ki, hər hansı qrafik dizaynerin təsirinə düşüb, plagiata yol verməyəsiniz.
  2. Özünüzü daim inkişaf etdirin. Bir qrafik dizaynerin ən böyük səhvi öz gücünə arxalanmağıdır. İdeya və bacarıqlarınızı yeniləməzsəniz, inkişafdan qalacaqsınız. Bunun üçün də hər gün proqram bacarıqlarınızı və yaradıcılığınızı inkişaf etdirin.
  3. Rəng kombinansiyalarına diqqət edin. Bir dizaynerin əsas üstünlüklərindən biri rənglərin uyğunluğunu hiss etməkdir. Bunun üçün Google da sizə kömək edəcək. İstədiyiniz rəngin uyğunluğunu buradan tapa bilərsiniz.
  4. Öz tərzini yaratmağa çalışın. Üslubunuzu formalaşdırın ki, bir müddət sonra işlədiyiniz dizaynda ilk baxışdan sizin imzanız gözə çarpsın.
  5. Qrafik dizaynerliyə başlamamışdan tipoqrafiyanı mütləq öyrənin. Yazı tiplərini öyrənmək sizin dizaynınızda xüsusi rol oynayacaq.