Tədbir Çəkilişləri Zamanı Qarşılaşacağınız Problemlər və Həlləri

Fotoqrafiyaya yeni başlayanların ən çox çətinlik çəkdiyi məqamlardan biri də tədbir vaxtı çəkiliş etməkdi.  Çünki bu zaman belə demək mümkündürsə, burada idarə sizin deyil, iştirakçıların əlindədir. Bir növ zamana qarşı işləyirsiniz desək, yanılmarıq. Çünki baş verən hadisəni anındaca tutmalısan, ikinci dəfə təkrarlamaq şansın yoxdur. Xəbər dəyəri olan bir anı tələskənlik, ya da gecikmə ilə o səhnəni itirə bilərsiniz.

 

Fokussuz şəkillər

Bu tələskənlik vaxtı baş verən xətalardan biri də şəklin fokussuz olmağıdır. Yeni başlayanlar üçün “Autofocus” can rahatlığı olsa da, bu zaman da istədiyiniz nöqtəni tutmaqda çətinlik çəkəcəksiniz. Seminarlarda düzgün fokuzlanma gecikməyə, kadrın qaçmağına səbəb olur. Buna görə də ən başdan Manual fokuslanmağa əlinizi öyrətməlisiniz.

Fotoaparat - Fokus
Fokus probleminin həlli

Həm də “Autofocus” mudunda birdən çox fokus node (fokuslama nöqtələri) olur, bu da sizin əlavə vaxtınızı ala bilər. “Manual focus”da isə 1 fokus nodu olur. Onu istədiyiniz yerə tutaraq qısa bir zamanda istədiyiniz nöqtəni tutub çəkə bilərsiniz.

Şəkildə işıq və kölgələr

Seminar tipli tədbirlərin bir çoxu qapalı məkanlarda olduğu üçün yeni başlayan fotoqraflar işığın tənzimlənməsində çətinlik çəkirlər. Əsas problem Flash-siz fotoaparatlarda yaranır ki, işıq “Shutter speed” və “Diafragrama” ilə istədiyin işığı ala bilməyəndə İSO ilə işləmək problem yarada bilir. İSO fotoaparatın şəkilə əlavə etdiyi süni işıqdır. Yeni güzgüsüz fotoaparatlarda bu problem aradan qalxsa da, ənənəvilərdə hələ də aktualdı. Hələ ki, Crop frame aparatlardan istifadə edirsinizsə, İSOnun sizə maneə çıxartması qaçınılmazdır.

Qapalı məkandasınızsa və məkanın işığı yetərincə aydın deyilsə, “Shooter speed”i 1/80, əgər əliniz titrəmirsə, 1/50-ə qədər endirə bilərsiniz.  Diafraqma isə 18-135 mm lenslərdə 3.5-5.6 arası dəyişir. Yəni Zoom etdikcə şəkillərinizin işığı daha da aşağı düşəcək. Diafraqmanı azaltmaq “Depth of field”i, yəni sahə dərinliyini artırır ki, bu zaman da şəkildə çox az insanı fokusa sala bilirsiniz. Amma 3.5 və 4 sizə imkan yaradacaq ki, ən azı 3-4 nəfəri fokusa sala biləsiniz.

Bu tənzimlənmələr yenə də sizə istədiyiniz işığı verməyəcək. Növbəti olaraq İSO-da dəyişikliklər etmək lazımdır. Bu zaman İSO-nu 100-dən 800-ə qədər dəyişməyiniz kifayətdir. Çünki İSO-nu daha da qaldırmaq, işığınızı artıra bilər və eyni vaxtda şəklinizin keyfiyyətini də azalda bilər.

ISO PROBLEMİ
Foto çəkilişlər zamanı işıq tənzimlənməsi

Əgər Flash-inin varsa, işiniz daha asan və rahat olacaq. Əlavə işığınız olduğu üçün artıq tənzimləmələri öz istəyinizə görə edə bilərsiniz. Flash-dan istifadə zamanı isə kölgə problemi ilə qarşılaşacaqsınız.

Kölgə probleminin həlli
Fotolarda işıqlandırma

Əsas da məruzəçilərin kölgəsi sizin şəklinizin keyfiyyətini aşağı salacaq. Bu zaman Flash-in işığının daim tavana baxmasına fikir verin. Tavana vurulan işıq bütün otağı aydınladacaq və daha yumşaq bir işıq yaradacaq.

Çəkiliş zamanı FLash istifadəsi
Şəkli işıqlandırılması

Kadr boşluğu və Gözün bağlı düşməsi

Deyək ki, seminar otağında istəniləndən daha az tamaşaçı var. Bu zaman iş sizin üstünüzə düşür ki, məkanı dolu göstərəsiniz. Hər zaman gözünüzü 4 açıb dolu kadrlar üçün perspektivlər axtarmalısınız. Kadrı doldurmağın asan yollarından biri də tamaşaçıları yaxından çəkməkdir. İştirakçıları 2-2, 3-3 qruplar halında çəkmək də sizi vəziyyətdən xilas edə bilər.

Kadrda çəkdiyiniz iştirakçıların gözünün bağlı olması əlavə problem yaradır. Buna xüsusi diqqət etməyiniz lazımdır. Gözəl bir kadr tutduğunuzu düşünürsünüz, amma bir gözü bağlı tamaşaçı işinizi 0 edə bilər. Bu zaman çalışın 1-dən çox kadr çəkəsiniz. Amma tələsmədən, anı izləyərək. Bir fotoqrafın səbri və cəldliyi olmalıdır.

 

Məruzəçilərin titrəməsi

Bəzən məruzəçilər bir yerdə sabit durmur, gəzirlər. Bu zaman aşağı “Shutter speed”lə şəkillər çəksəniz, məruzəçinin əlinin, başının yerişinin titrədiyini, bulanıqlaşdığını görəcəksiniz. Bunun üçün ən yaxşı “Shutter speed” tənzimləməsi minimum 1/100 və 1/125 dir. Bundan aşağıda bulanıqlaşmalar başlayacaq.

Foto çəkiliş zamanı obyektin titrəməsi
Fotonun blur düşmə problemi