fbpx
PROYEKT.AZ

Haqqımızda

10 il əvvəl bir yola başladım. Onda hələ Azərbaycanda İT sahəsi yeni-yeni inkişaf edirdi. Məqsədim bu sahənin ölkəmizdə inkişafı, dünyadakı yenilikləri yerli firmalar üçün əlçatımlı etmək idi. İlk illər “komputerimi format et”, “bu mahnını yükləyə bilərsən?” tipli cümlələrdən sıyrılaraq, qısa müddət ərzində böyük şirkətlər üçün rəqəmsal həllər edəcək mərhələyə gəlib çıxdıq.

Təbii ki, bu prosesdə tək olmadım. Öz üzərimdə işlədikcə, sahəmdə inkişaf etdikcə, mənim kimi düşünən, daim yenilik etməyə meyilli, yaradıcı gəncləri tanımağa başladım. Onlarla düşüncələrimizi, amalımızı, gücümüzü bir brend altında birləşdirməyi qərar verdik. Beləliklə Proyekt.az yarandı. 


Bu 10 il ərzində bir sıra yerli və beynəlxalq şirkətlərlə çalışdıq. Bir çox brendin analoqdan dijitala transformasiya etməsində öz gücümüzü ortaya qoya bildik. Yaradıcı kollektivimizlə yeni biznesə başlayan sahibkarlara, start up-çılara da öz dəstəyimizi əsirgəmədik. Bir biznesin naming-dən tutmuş, korporativ rənglərinin seçilməsinə, loqolarının, saytlarını hazırlanmasına, saytların SEO-larının işlənməsinə, şirkət imicinin yaradılmasına, reklam filmlərinin çəkilməsinə, marketing strategiyalarının formalaşdırılmasına, sosial media hesablarının yaradılması və idarəedilməsinə, büdcələrinə uyğun reklam xərclərini optimallaşdırılması kimi son addıma qədər yanlarında olduq. 

Proyekt.az komandası olaraq yalnız biznes sahəsində deyil, həmçinin sənət sahəsində də yaradıcılığımızı ortaya qoymaq istədik. Bunun üçün film festivalları üçün qısametrajlı filmlər hazırladıq. Müxtəlif festivalların qalibi olduq. 


Bizi daha yaxından tanımaq, işlərimizi qiymətləndirməyiniz üçün Portfoliomuza diqqət edə bilərsiniz.

Teymur Fərzi
Founder.