fbpx
PROYEKT.AZ

Happy Smile Stomatoloji Mərkəzinin saytı və tətbiqetməsi

Proyekt.az komandasının Happy Smile Stomatoloji Klinikası üçün hazırladığı üç dildə korporativ sayt və tətbiqetməni təqdim edirik.

Klinikanın rəhbərliyindən alınan briflərə, onların iş prosesindəki təcrübələrinə əsasən, saytın funksionallığı artırılıb. Həmçinin klinikanın iş prinsipinə əsaslanan struktur və rahat istifadə edilməsi müasir dizayn konsepti əsasında öz həllini tapıb. 

3 dildə – Azərbaycan, İngilis və Rus dillərində hazırlanan sayt, bütün qurğularda responsive görünüşə malikdir. 

Sayt hazırlanarkən Happy Smile Stomatoloji Klinikasının bir sıra xidmətlərinin Onlayn formaya keçirilməsi də nəzərdə tutulub.
Belə ki, saytda pasiyentlərin rahatlığını təmin etmək üçün klinika rəhbərliyinin istəyinə uyğun olaraq individual sistemlər – Qeydiyyat Sistemi, Müştəri Məmnuniyyət Sistemi, Evdə Müayinə və Pasiyentin xal sistemi quraşdırılıb.
Qeydiyyat Sistemi vasitəsilə pasiyentlər Onlayn formada həkim qeydiyyatından keçə bilərlər. Sayta daxil olaraq, pasiyentlər istədikləri həkimi, almaq istədikləri xidməti və qəbul saatlarını qeyd edərək, onlayn növbə tuturlar.
Müştəri Məmnuniyyəti Sistemi vasitəsilə pasiyentlərdən gələn təklif və şikayətləri bir mərkəzdə toplanır. Daha sonra klinika rəhbərliyi rəy və təklifləri araşdıraraq müvafiq addımlar atır. Bu da xidmət səviyyəsinin artmasına, müştərilərin istəklərinə uyğun xidmətlərin təşkilinə imkan verir.
Evdə müayinə sistemi vasitəsilə müəyyən səbəbdən vaxt məhdudiyyəti yaşayan, həmçinin hərəkət məhdudiyyətli insanlar üçün Evdə Müayinə Xidmətini təklif edir. Bu sistemin istifadəsini də çox sadə və rahatdır. Belə ki, pasiyentlər Evdə Müayinə Sistemindən qeydiyyatdan keçərək, ad-soyadlarını, yaşadığı ünvanı və həkimi qeyd edir. Seçdiyi həkim pasiyenti müayinə etmək üçün göstərdiyi ünvana gəlir, və müayinə edir.
Pasiyentlərin Xal Sistemi vasitəsilə pasiyentlər daim endirim əldə edirlər. Müştərilərimiz Happy Smile-da istənilən xidmətdən yararlanarkən, onların adı qeydiyyatdan keçirilir. Nəticədə pasiyentlər xidmət növünə uyğun olaraq xal qazanırlar. Hər növbəti müraciətlərində bu xallardan istifadə edərək, endirim qazana bilərlər. Həmçinin yenidən onların hesablarına xallar əlavə edilir.
Tətbiqetmə Android və IOS sistemlərində çalışır.