SMM-liyə yeni başlayanlar üçün işə yarayacaq – TƏTBİQETMƏ

Bildiyiniz kimi Azərbaycanda ən çox istifadə edilən Sosial Media platformalarından biri də Facebook-dur. Bu yazımda SMM-lərin bu platformada işinə yarayacaq bir xüsusiyyətdən danışacağam. Bu yazı öz səhifələrini idarə edən kiçik biznes sahibləri və SMM-liyə yeni başlayanlar üçün maraqlı olacaq.

İdarə etdiyiniz səhifənin dolğun görünməsi, həmçinin izləyicilərin digər sosial media hesablarınızı və saytınızı eyni anda görə bilməsi üçün onları Şablonlar bölməsinə əlavə edə bilərsiniz. Hər hansı bir firmanın səhifəsini idarə edirsinizsə, bu üsul daha effektiv olacaq.

Fbapp.us saytına klikləyərək, buradan  Youtube, İnstagram, Twitter, Pinterest, VIMEO kimi seçdiyiniz platformaları əlavə edə bilərsiniz. Hər hansı bir platformanın üstə klikləyin.

Facebook hesabına tətbiqetmə əlavə etmək
Youtube, İnstagram, Vimeo kimi tətbiqletmənin Facebook-a yüklənməsi

Açılan yeni səhifəni aşağıya sürüşdürüb, “ADD APP TO YOUR PAGE” butonunu klikləyin. Yeni açılan pəncərədə “Facebook pages” yazısının üzərindəki üçbucaq işarəsinə basaraq, əlavə etmək istədiyiniz səhifəni seçin. Hətta eyni anda iki səhifənizi də seçə bilərsiniz. Daha sonra “Add Page Tab”a vuraraq tətbiqin səhifənizə yüklənməsini gözləyin.

SMM-lerin istifadəsi üçün tətbiqetmə
Youtube, İnstagram kimi tətbiqetmələrin Facebook hesabına əlavə edilməsi

Açılan səhifədəki ilk xanaya əlavə etdiyiniz sosial media hesabınızın linkini, yaxud da istifadəçi adınızı yerləşdirin. Youtube, Vimeo kimi tətbiqlərdə, sırf hansısa Play listi, İnstagram və Twitter-də isə haştağı da daxil edə bilərsiniz.

Daha sonra səhifəni aşağı endirərək “Save settings” düyməsini klikləyin.

Facebook hesabına Youtube kanalını əlavə etmək
İnstagram, Youtube kimi hesabların Facebook səhifəsinə əlavə edilməsi

Artıq istifadəçilər Facebook səhifənizdən Youtube, İnstagram və s. kimi platformalarınızı da görə, şərh yaza bilərlər. Səhifənin “Settings” bölməsi daxil olaraq “Templates and Tabs” bölməsinə daxil olaraq bu əlavəni yuxarı və aşağı sürüşdürə bilərsiniz.

Bu tətbiqetmələrin izləyicilərinizin daha rahat görməsi üçün nisbətən yuxarıda qoymağınız məsləhət görülür.