Veb Saytların Hazırlanması – 6 Qızıl Qayda

Şirkətlər üçün veb saytların hazırlanması müasir dünyamızda demək olar ki, qaçınılmazdır. Çünki kooperativ veb saytlar şirkətlərə bir sıra üstünlüklər təqdim edir. İlk olaraq vizual dünyada evi – saytı olan şirkət müştərilərin gözündə daha güvənli yerə sahib olur. Belə ki, statistikalar göstərir ki, səliqəli, modern dizayn qaydalarına uyğun yığılmış saytları olan şirkətlərin satışı, digərlərinə nisbətdə daha çoxdur. Həmçinin müştəri etimad xalı da daha üstündür. Bununla yanaşı, müştərilər istədiyi məlumatı tapa biləcəkləri, vahid bazanın olmasının tərəfdarıdırlar. Siz saytınızda həm əməkdaşlıq etdiyiniz firmaları, portfolionuzu yerləşdirə, həm missiyanız və özünüz barəsində məlumat verə bilərsiniz. Saytınızda “onlayn çat” bölməsi də yarada, hətta, bu funksiyanı “Whatsapp”a birləşdirə bilərsiniz ki, müştəriləri maraqlandıran sualları dərhal cavablandıra biləsiniz.

Veb Saytların Hazırlanması Üçün Bilməli Olduğunuz Nüanslar

Veb sayt vasitəsilə satışda rəqbilərinizdən önə çıxa bilərsiniz. Belə ki, “Google”, “Yandex” kimi axtarış sistemlərində birinci sıralarda çıxaraq satışlarınızı artırmaq mümkündür.

Kooperativ veb saytların bu üstünlüklərindən tam yararlana bilmək üçün, sayt hazırlayarkən bunlara diqqət edin.

 

Kooperativ rənglərə uyğunluq

 

 

Veb saytların hazırlanması
Kooperativ veb saytların hazırlanması

Saytınız kooperativ rənglərinizə uyğun hazırlanmalıdır. Loqonuzun rənginə uyğun rənglərdən istifadə etməyiniz mütləqdir.

 

Responsiv görünüş

 

Kooperativ veb sayt
Veb saytların hazırlanması

Veb saytın bütün qurğularda – telefon, planşet və s. responsiv açılmalıdır. Əks təqdirdə kompüter monitoru üçün hazırlanmış sayt şablonu, telefon və digər qurğularda fərqli formatda açılacaq ki, bu da sayta girən şəxsin tez çıxmasına səbəb olacaq.

 

Modern dizayn

Modern dizaynlı veb sayt
Veb saytın hazırlanması

Saytın görünüşü modern dizayn qaydalarına uyğun olmalıdır. Bu sizə daha funksional və baxımlı sayt yaratmaq imkanı verəcək.

 

Veb saytınızda SEO dəstəklənməlidir

Kooperativ saytların hazırlanması
SEO həlli

Saytın Google-da birinci sırada çıxmağı üçün texniki SEO-nun doğru işlənməsi lazımdır. İstər texniki, istərsə də kontent SEO-nu düzgün işləməyiniz, sizə axtarışlarda ön sıralarda çıxmağınıza kömək edəcək.

 

Statik sayt əvəzinə dinamik sayt

Veb saytların hazırlanması
Dinamik veb saytın hazırlanması

Statik sayt əvəzinə dinamik sayt yaratmağınız məsləhətdir. Daha yaxşı olar ki, işlədiyiniz sahə üzrə bloq yazılarınızı saytda yerləşdirəsiniz. Dinamik saytlar SEO üçün daha əlverişlidir.

 

Kooperativ saytlar hazırlayarkən bu qaydalara əməl etsəniz, şirkətiniz rəqibləriniz qarşısında əlverişli mövqe tutacaq. Bu da istər-istəməz satışlarınıza müsbət mənada təsir göstərəcək.